Terms of Use

İstifadə şərtləri

Bu müqavilə MIDEA GROUP İnternet Saytından istifadəyə dair şərtləri və qaydaları ehtiva edir. Bu Müqavilədə: (i) “biz”, “bizə” və ya “bizim” dedikdə MIDEA GROUP nəzərdə tutulur; (ii) “siz” və ya “sizin” dedikdə İnternet Saytından istifadə edən fiziki və ya hüquqi şəxs nəzərdə tutulur; (iii) “İnternet Saytı” dedikdə bu saytın bütün baxıla bilən səhifələri (səhifə başlıqları, xüsusi qrafik elementlər, düymə nişanları, keçidlər və mətnlər daxil olmaqla), əsas proqram kodu, habelə müşayiət edən xidmətlər və sənədlər nəzərdə tutulur; və (iv) “Tərəfdaş” dedikdə MIDEA GROUP-un bu İnternet Saytının bir versiyasını yaratdığı və ya bu İnternet Saytına keçid yerləşdirmək səlahiyyəti verdiyi, yaxud MIDEA GROUP ilə birgə marketinq münasibətlərində olduğu üçüncü tərəf nəzərdə tutulur. Bu İnternet Saytına daxil olmaqla, ona baxmaqla və/və ya ondan istifadə etməklə siz bu şərt və qaydaları oxuduğunuzu, başa düşdüyünüzü, onlara əməl etməyə razı olduğunuzu və bütün tətbiq olunan qanun və qaydalara riayət edəcəyinizi təsdiq edirsiniz. ƏGƏR RAZI DEYİLSİNİZSƏ, İNTERNET SAYTINDAN İSTİFADƏ ETMƏYİN.

1. İstifadə lisenziyası

Biz sizə İnternet Saytından yalnız özünüz və ya şirkətiniz adından məhsullara baxmaq və onları sifariş etmək məqsədilə istifadə etmək üçün məhdud, qeyri-müstəsna, ötürülə bilməyən və ləğv edilə bilən lisenziya təqdim edirik. İnternet Saytının lisenziya sahibi qismində siz bu İnternet Saytından istifadə ilə bağlı malik olduğunuz hər hansı hüquqları icarəyə verə, lizinqə çıxara, onlar üzərində təminat hüququ yarada və ya başqa şəkildə üçüncü şəxslərə ötürə bilməzsiniz.

2. Zəmanətin olmaması / Məsuliyyətdən imtina

MIDEA GROUP və onun tərəfdaşları İnternet Saytından istifadənizin fasiləsiz olacağına, mesajların və ya sorğuların çatdırılacağına və ya İnternet Saytının qüsursuz işləyəcəyinə zəmanət vermirlər.

MIDEA GROUP İnternet Saytı və onun məzmunu “olduğu kimi” təqdim edilir və MIDEA GROUP və onun tərəfdaşları bu sayt, onun məzmunu və ya hər hansı məhsulla bağlı heç bir növ bəyanat və ya zəmanət vermirlər. MIDEA GROUP və onun Tərəfdaşları bununla əmtəə yararlılığı, müəyyən məqsəd üçün yararlılıq və ya üçüncü şəxslərin hüquqlarının pozulmaması ilə bağlı açıq və ya nəzərdə tutulan bütün zəmanətlərdən açıq şəkildə imtina edirlər. MIDEA GROUP və onun Tərəfdaşları tərəfindən edilən bu imtina, mövcud olduğu halda, istehsalçının sizə ötürüləcək zəmanətinə heç bir şəkildə təsir göstərmir.

MIDEA GROUP, onun Tərəfdaşları, təchizatçıları və təkrar satıcıları (resellerləri) məhsullardan istifadədən və ya bu İnternet Saytından istifadədən və ya istifadə edə bilməməkdən irəli gələn və ya bununla əlaqədar yaranan hər hansı birbaşa, dolayı, xüsusi, təsadüfi və ya nəticə etibarilə yaranan zərərlərə (o cümlədən, lakin bununla məhdudlaşmayaraq, gəlir itkisi, mənfəət itkisi, biznes fəaliyyətinin dayanması, məlumat və ya verilənlərin itirilməsi, kompüter sistemlərinin işində fasilələr və bu qəbildən olan digər zərərlərə) və ya əvəzedici malların və ya xidmətlərin əldə edilməsi xərclərinə görə, hətta MIDEA GROUP və/və ya onun Tərəfdaşları belə zərərlərin baş vermə ehtimalı barədə məlumatlandırılmış olsalar belə, yaxud hər hansı digər tərəfin irəli sürdüyü iddialara görə məsuliyyət daşımırlar.

MIDEA GROUP və onun Tərəfdaşları bu İnternet Saytında təqdim olunan məlumatların dəqiq, tam və ya aktual olduğunu bəyan etmir və ya buna zəmanət vermirlər. Bu məhdudiyyətlər bu müqaviləyə xitam verildikdən sonra da qüvvədə qalacaqdır.

3. Hesab məlumatları və xitam

Hesabınızdan bütün istifadəyə, habelə parolunuzun və məlumatlarınızın məxfiliyinin qorunmasına görə məsuliyyət daşıyırsınız. Parolunuzu və hesab nömrənizi hər hansı şəxslə paylaşmağınızı tövsiyə etmirik; belə paylaşma ilə bağlı bütün risklər tamamilə sizin üzərinizə düşür. Müvafiq olaraq, siz unikal və asan təxmin edilməyən parol seçməli və parollarınızı tez-tez dəyişdirməlisiniz.

Siz MIDEA GROUP-a belə bir xitam tələbi təqdim etməklə hesabınıza və müvafiq xidmətlərə çıxışınıza xitam verə bilərsiniz. Siz razılaşırsınız ki, MIDEA GROUP əvvəlcədən bildiriş vermədən hesabınıza dərhal xitam verə, onu dayandıra və ya müvafiq xidmətlərə çıxışınızı məhdudlaşdıra bilər. Siz razılaşırsınız ki, bütün bu cür xitam tədbirləri yalnız bizim müstəsna mülahizəmizə əsasən həyata keçiriləcəkdir və hesabınıza xitam verilməsi və ya müvafiq xidmətlərə çıxışınızın məhdudlaşdırılması ilə əlaqədar olaraq biz sizin və ya hər hansı üçüncü tərəf qarşısında məsuliyyət daşımayacağıq.

4. Hüquqların mənsubiyyəti

İnternet Saytı ilə bağlı bütün mülkiyyət, sahiblik və əqli mülkiyyət hüquqları MIDEA GROUP-a, onun Tərəfdaşlarına və/və ya təchizatçılarına məxsus olaraq qalacaqdır. Müəllif hüquqları haqqında qanunlar və beynəlxalq müqavilələr bu İnternet Saytını qoruyur və siz İnternet Saytında yerləşdirilmiş hər hansı mülkiyyət bildirişlərini və ya nişanlarını silə bilməzsiniz. Bu İnternet Saytından istifadə etməyiniz nəticəsində sizə heç bir əqli mülkiyyət hüququ ötürülmür.

5. Yeniləmələr

MIDEA GROUP və onun Tərəfdaşları, o cümlədən, lakin bununla məhdudlaşmayaraq, funksionallığın, istifadəçi interfeysinin, prosedurların, sənədləşmənin və ya bu Müqavilənin hər hansı şərt və qaydalarının dəyişdirilməsi daxil olmaqla, sizə bildiriş vermədən və yalnız öz mülahizələrinə əsasən İnternet Saytını yeniləmək və təkmilləşdirmək hüququnu özlərində saxlayırlar. MIDEA GROUP əlavə olaraq, yalnız öz mülahizəsinə əsasən, burada əks olunan şərt və qaydaların, habelə İnternet Saytının hər hansı siyasətinin və ya rəhbər göstərişinin istənilən hissəsini İnternet Saytında dərc etməklə dəyişdirmək, düzəliş etmək, əlavə etmək və ya çıxarmaq hüququnu özündə saxlayır.

Bu şərt və qaydalarda edilmiş dəyişiklikləri vaxtaşırı yoxlamaq sizin məsuliyyətinizdir. Hər hansı yeniləmə, təkmilləşdirmə və ya dəyişiklik sizin üçün qəbuledilməzdirsə, yeganə çıxış yolunuz İnternet Saytından istifadəyə son verməkdir. Saytımızda hər hansı dəyişiklik edildikdən və ya yeni müqavilə dərc edildikdən sonra İnternet Saytından istifadəni davam etdirməyiniz həmin dəyişiklikləri məcburi qaydada qəbul etdiyiniz anlamına gələcəkdir.

6. Dəyişiklik edilməsinin qadağan olunması

Yuxarıda qeyd olunan lisenziyaya əsasən, İnternet Saytının fəaliyyətinə aid mənbə kodunu əldə etmək məqsədilə onu dəyişdirmək, tərcümə etmək, yenidən kompilyasiya etmək, dizassembl etmək (maşın kodunu daha aşağı səviyyəli təqdimata çevirmək), əks mühəndislik tətbiq etmək və ya başqa hər hansı üsulla mənbə kodunu əldə etməyə cəhd göstərmək, yaxud İnternet Saytı və ya onun hissələri əsasında törəmə məhsul yaratmaq qadağandır.

Bu Müqavilənin məqsədləri üçün “əks mühəndislik” dedikdə İnternet Saytının proqram təminatının mənbə kodunu, strukturunu, təşkilini, daxili quruluşunu, alqoritmlərini və ya şifrələmə vasitələrini müəyyən etmək məqsədilə araşdırılması və ya təhlil edilməsi başa düşülür.

7.  Kuki faylları

İnternet Saytından istifadə etdiyiniz və ona daxil olduğunuz zaman biz veb-brauzerinizdə müəyyən sayda kuki faylları yerləşdirə bilərik. MIDEA GROUP kuki fayllarından, digər məqsədlərlə yanaşı, İnternet Saytının müəyyən funksiyalarını təmin etmək, analitika təqdim etmək, seçimlərinizi saxlamaq və reklamların təqdim edilməsini təmin etmək üçün istifadə edir.

Siz veb-brauzeriniz vasitəsilə kuki fayllarını silə və ya onları rədd edə bilərsiniz. Nəzərə alın ki, kuki fayllarını sildiyiniz və ya onların qəbulundan imtina etdiyiniz halda, təqdim etdiyimiz funksiyalardan tam şəkildə istifadə edə bilməyə bilərsiniz, seçimləriniz yadda saxlanılmaya bilər və ya İnternet Saytının bəzi səhifələri düzgün şəkildə əks olunmaya bilər

8. Digər məsuliyyətdən imtinalar

MIDEA GROUP və onun Tərəfdaşları bu Müqavilə üzrə öhdəliklərin icrasında baş verən hər hansı gecikməyə və ya icra edilməməyə görə sizin qarşınızda məsuliyyət daşımayacaqdır, əgər belə gecikmə və ya icra edilməmə yanğın, partlayış, əmək mübahisəsi, zəlzələ, bədbəxt hadisə və ya qəza, nəqliyyat vasitələrinin və/və ya xidmətlərinin olmaması və ya sıradan çıxması, internet xidmətləri də daxil olmaqla telekommunikasiya vasitələrinin və/və ya xidmətlərinin olmaması və ya sıradan çıxması, epidemiya, daşqın, quraqlıq, müharibə, inqilab, vətəndaş iğtişaşları, blokada və ya embarqo, fors-major halı, hər hansı tələb olunan lisenziyanın, icazənin və ya səlahiyyətin əldə edilməsinin mümkün olmaması, yaxud hər hansı hökumətin qanunu, bəyanatı, normativ aktı, sərəncamı, tələbi və ya göstərişi səbəbindən və ya sadalanan hallara oxşar və ya onlardan fərqli olmasından asılı olmayaraq, MIDEA GROUP və onun Tərəfdaşlarının ağlabatan nəzarətindən kənarda olan hər hansı digər səbəbdən irəli gəlirsə.

İnternet Saytında üçüncü tərəflərə məxsus internet saytlarına keçidlər ola bilər. Keçid verdiyiniz hər hansı üçüncü tərəf internet saytına görə biz məsuliyyət daşımırıq. Üçüncü tərəf internet saytlarının İstifadə Şərtlərini və ya Məxfilik Siyasətlərini oxumaq və onlarla razılaşıb-razılaşmamaq sizin məsuliyyətinizdir. Bu keçidlər yalnız istinad məqsədilə və ya rahatlığınız üçün təqdim edilir və MIDEA GROUP tərəfindən üçüncü tərəf internet saytlarının məzmununun dəstəklənməsi kimi qiymətləndirilməməlidir.

Bu Müqavilə həmin lisenziya ilə bağlı tam razılaşmanı ifadə edir və yalnız hər iki tərəf tərəfindən imzalanmış yazılı dəyişiklik vasitəsilə dəyişdirilə bilər.

Əgər bu Müqavilənin hər hansı müddəası icra edilə bilməyən hesab edilərsə, həmin müddəa yalnız onun icra edilə bilən hala gətirilməsi üçün zəruri olan həddə dəyişdiriləcəkdir.

Siz bəyan edir və təminat verirsiniz ki, bu Müqavilənin şərtləri ilə elektron qaydada razılaşan şəxs qismində siz öz adınızdan və təmsil etdiyinizi bildirdiyiniz hər hansı təşkilat adından bu Müqaviləyə razılıq vermək üçün lazımi səlahiyyətə və hüquqa maliksiniz.

9. Tətbiq olunan hüquq və yurisdiksiya

Bu Müqavilədən irəli gələn və ya onunla əlaqədar yaranan hər hansı mübahisə arbitraj üçün Çin Beynəlxalq İqtisadi və Ticarət Arbitraj Komissiyasına (CIETAC) təqdim ediləcəkdir və bu arbitraj, arbitraj müraciətinin verildiyi vaxt qüvvədə olan CIETAC arbitraj qaydalarına uyğun olaraq aparılacaqdır. Arbitrajın keçirilmə yeri Pekin şəhəridir. Bu Müqavilə Çin Xalq Respublikasının qanunvericiliyi ilə tənzimlənir.

  • Müştəri Dəstəyi
    Midea AZ Müştəri Dəstəyi Midea AZ Müştəri Dəstəyi
    Müştəri Dəstəyi
    Midea məhsulunuzla bağlı suallarınız varmı? Midea Müştəri Xidmətləri sizə kömək etmək üçün buradadır! Kömək alın